Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq öldürdü

Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq öldürdü Cəlilabad rayonunda yol qəzası baş verib.
Hadisə
14 İyul , 2020 13:37
Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq öldürdü

Cəlilabad rayonunda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyulun 13-ü saat 16 radələrində Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində kənd sakini M.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən 4 yaşlı Yusif Məmmədovu vurub. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi