Cəlilabad. 25 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda 38 yaşlı kişi döyülüb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.
Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Elşən Vaqif oğlu Nağıyev tanıdığı bir neçə şəxs tərəfindən döyülüb.
O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.