Bakı. 10 mart. REPORT.AZ/ Bakının Xəzər rayonu ərazisində orta yaşlı kişi bıçaqlanıb.
"Report" xəbər verir ki, Binə qəsəbəsinin "Donuzçuluq sovxozu" kimi tanınan ərazisində 1988-ci il təvəllüdlü Heydərov Orxan Mənsim oğluna iki bıçaq zərbəsi vurulub.
Yaralı xəstəxanaya yerləşdirilib. O, ilkin dindirilmə zamanı hadisənin necə baş verdiyini xatırlamayıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.