Biləsuvarda avtomobil aşıb, İran vətəndaşı yaralanıb

Biləsuvarda avtomobil aşıb, İran vətəndaşı yaralanıb Biləsuvar. 26 mart. REPORT.AZ/ Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
26 Mart , 2018 17:08
Biləsuvarda avtomobil aşıb, İran vətəndaşı yaralanıb

Biləsuvar. 26 mart. REPORT.AZ/ Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü  idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Nəticədə turist kimi Azərbaycana gələn İran İslam Respublikasaının vətəndaşı, 1986-c il təvəllüdlü İsmayıl Abdi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi