Beynəlxalq Bankdan kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputatın məhkəməsi başlayıb - YENİLƏNİB

Beynəlxalq Bankdan kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputatın məhkəməsi başlayıb - YENİLƏNİB Məhkəmənin baxış iclası fevralın 2-nə təyin edilib
Hadisə
26 Yanvar , 2017 11:25
Beynəlxalq Bankdan kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputatın məhkəməsi başlayıb - YENİLƏNİB

*** saat 11:00

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Əliyev Rauf, Musayev Şakir, Fərhad Əmiraslanov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə zamanı məlum olub ki, zərərçəkmiş qismində Beynəlxaq Bank və "Aqrarkredit Bank" ASC tanınıb.

Məhkəmənin baxış iclası fevralın 2-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox işadamı və digərləri saxlanılıb. "Globus Plaza"nın sahibi olan D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Digərlərinin barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

D.Xəlilov və digəri Cinayət Məcəlləsini 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, ötən il "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi