Bərdədə avtomobil yolu keçən qadını vuraraq öldürüb - YENİLƏNİB

Bərdədə avtomobil yolu keçən qadını vuraraq öldürüb - YENİLƏNİB Bərdə. 10 fevral. REPORT.AZ/ Bərdə rayonunda  avtomobil vurması nəticəsində ölən qadının şəxsiyyəti məlum olub.
Hadisə
10 Fevral , 2018 12:36
Bərdədə avtomobil yolu keçən qadını vuraraq öldürüb - YENİLƏNİB
Report

Bərdə. 10 fevral. REPORT.AZ/ Bərdə rayonunda  avtomobil vurması nəticəsində ölən qadının şəxsiyyəti məlum olub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, "VAZ 21011" markalı avtomobil yolu keçən 1982-ci il təvəllüdlü  Rahilə Məmmədovanı vurub. Qadın xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı polis araşdırma aparır.


***11:59

Bərdə. 10 fevral. REPORT.AZ/ Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Əliyalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, orta yaşlı qadın yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da orada ölüb.

Son xəbərlər

Orphus sistemi