Bayılda söküntü işləri zamanı ev sakininin başına kərpic düşüb

Bayılda söküntü işləri zamanı ev sakininin başına kərpic düşüb O, kəllə-beyin travması alıb
Hadisə
11 Yanvar , 2018 11:52
Bayılda söküntü işləri zamanı ev sakininin başına kərpic düşüb

Bakı. 11 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunda söküntü işləri zamanı ev sakininin başına kərpic düşüb.

"Report" xəbər verir ki, hadisə rayonun Bayıl qəsəbəsində qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Hacıyev Asif Qurban oğlu evinin həyətyanı sahəsində durarkən yaxınlıqdakı evlərin söküntü işi aparılırmış. Söküntü zamanı kərpic onun baş nahiyəsinə düşüb. Nəticədə A.Hacıyev kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi