Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Səbail rayonu Bayıl qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 1990-ci il təvəllüdlü Rzaquliyeva Zəhra Vaqif qızı xəsarət alıb. O, təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.