Balakəndə 5 gün əvvəl itkin düşmüş kişinin meyiti tapılıb

Balakəndə 5 gün əvvəl itkin düşmüş kişinin meyiti tapılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Mart , 2018 09:22
Balakəndə 5 gün əvvəl itkin düşmüş kişinin meyiti tapılıb
Report

Balakən. 28 mart. REPORT.AZ/ Balakən rayonunda 5 gün əvvəl itkin düşmüş 70 yaşlı kişinin meyiti tapılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Püştətala kənd sakini, 1948-ci il təvəllüdlü Məhəmməd Səəddin oğlu Osmanov bu il martın 23-də, səhər saat 10 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun meyiti bu gün səhər saatlarında yaşadığı evdən bir qədər aralıdakı bağda ağacdan asılmış vəziyyədə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi