Balakəndə 25 yaşlı qadını avtomobil vurub

Balakəndə 25 yaşlı qadını avtomobil vurub Balakən. 14 sentyabr. REPORT.AZ/ Balakən rayonunda 25 yaşlı qadını avtomobil vurub.
Hadisə
14 Sentyabr , 2018 15:52
Balakəndə 25 yaşlı qadını avtomobil vurub
0 : 00
0 : 00

Balakən. 14 sentyabr. REPORT.AZ/ Balakən rayonunda 25 yaşlı qadını avtomobil vurub.

“Report”un Şimal-qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Balakən Rayon Mərkəzi Xəstəxanasının qarşısında baş verib. 

Belə ki, Balakən şəhər sakini, 1993-cü il təvəllüdlü Sevər Mehman qızı Mirzəyevanı yolu keçmək istəyərkən “VAZ-21074” markalı minik avtomobili vurub. Yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona sağ körpücük sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub, müalicəsi Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi