​Bakının mərkəzində polisin idarə etdiyi avtomobil qəzaya düşüb

​Bakının mərkəzində polisin idarə etdiyi avtomobil qəzaya düşüb Hər iki avtomobil əzilib
Hadisə
10 Noyabr , 2015 13:59
​Bakının mərkəzində polisin idarə etdiyi avtomobil qəzaya düşüb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda polis baş serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, M.Qasımov küçəsində Nəsimi Rayon Polis İdarəsinin Post Partul Xidməti Bölüyünün əməkdaşı, 1982-ci il təvəllüdlü Rəşad Əsgərlinin idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə Bakı sakini, 1983-cü il təvəllüdlü Nicat Soltanovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobil əzilib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi