Bakıda yük maşını piyadanı vurub

Bakıda yük maşını piyadanı vurub Valeh Mirzəyev xəstəxanaya yerləşdirilib
Hadisə
22 Dekabr , 2017 01:38
Bakıda yük maşını piyadanı vurub

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda, keçmiş "Qəbələ" dairəsi adlanan ərazidə baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Mirzəyev Valeh Famil oğlunu "Qazel" markalı yük avtomobili vurub. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi