Bakıda yolu keçmək istəyən qadını maşın vurub

Bakıda yolu keçmək istəyən qadını maşın vurub Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 Sentyabr , 2019 22:10
Bakıda yolu keçmək istəyən qadını maşın vurub

Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə “Gənclik” metrostansiyasının yanında qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Əsədova Badam Mövsüm qızını “VAZ-2106” markalı avtomobil vurub.

O, təcili yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya gətirilib. Qadına sol budun sınığı, bədənin müxtəlif əziyi diaqnozu qoyulub və yaralı aidiyyəti üzrə həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi