Bakıda yol qəzası zamanı yanaraq ölən sürücünün şəxsiyyəti müəyyələşdirilib

Bakıda yol qəzası zamanı yanaraq ölən sürücünün şəxsiyyəti müəyyələşdirilib Araşdırmalar davam etdirilir
Hadisə
22 Avqust , 2016 17:54
Bakıda yol qəzası zamanı yanaraq ölən sürücünün şəxsiyyəti müəyyələşdirilib

Bakı. 22 avqust. REPORT.AZ/ Bakıda yol nəqliyyat-hadisəsi zamanı yanaraq ölən sürücünün şəxsiyyəti müəyyələşdirilib.

“Report”un xəbərinə görə, müəyyən edilib ki, Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə yanan sürücü Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Azər Adıl oğlu Məmmədovdur.

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə avqustun 16-da baş verib. 1980-ci il təvəllüdlü Zaur Əsgərovun idarə etdiyi “Kommunal Xidmətlər Müəsisəsi” MMC-yə məxsus MAN markalı məişət tullantıları daşıyan maşınla markası məlum olmayan avtomobil toqquşub. Yol-nəqliyyat hadisənin nəticəsində avtomobil yanıb, sürücüsü isə ölüb.

Son xəbərlər

Orphus sistemi