Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 120 m2 olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 m2 sahədə yanıb.
Hadisə
12 İyul , 2020 00:16
Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 120 m2 olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 m2 sahədə yanıb.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yüksək temperaturdan eyvanın plastikdən ibarət pəncərə çərçivəsi 6 m2 sahədə qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi