Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Hadisə
21 Avqust , 2019 07:31
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasının pilləkən qəfəsinin səkkizinci mərtəbəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və səkkizinci mərtəbəsindən onaltıncı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 24 p.m yanıb. 

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Şaxtadan keçən kabellərin qalan hissəsi, elektrik sayğacları və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi