Bakı. 6 noyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində yerləşən mənzildə yaşayan 2016-ci il təvəllüdlü Muxtarlı Fazil İlkin oğlu valideyn nəzarəti olmadan televizora toxunub.
Nəticədə televizor onun başına düşüb. Körpə ağır xəsarət alaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.