Bakıda tanışını öldürməyə cəhd edən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakıda tanışını öldürməyə cəhd edən şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
18 Yanvar , 2017 09:09
Bakıda tanışını öldürməyə cəhd edən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Ziyafət Manafovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisı Bakının Pirallahı rayonunun Süleyman Bağırov küçəsində baş verib. Bağ evlərindən birində baş verən hadisə zamanı əvvəllər məhkum olunmuş, 56 yaşlı Z.Manafov eyni evdə yaşadığı 53 yaşlı Raqib Novruz oğlu Əhmədova bir neçə dəfə atəş açıb. Lakin güllələrdən heç biri R.Əhmədova dəyməyib.

Hadisədən sonra Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Hadisəni törədən Z.Manafov saxlanılıb və istintaqa təhvil verilib. Hadisə yerindən 4 ədəd giliz götürülüb.

İstintaq zamanı silahlı insdentin iştirakçıları həmin ərazidə kirayədə qaldıqları və onların balıq ovu ilə məşğul olduqları məlum olub.

Z.Manafov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Manafov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi