Bakıda sürücü qaydanı kobud şəkildə pozaraq zəncirvari qəzaya səbəb olub - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda sürücü qaydanı kobud şəkildə pozaraq zəncirvari qəzaya səbəb olub - FOTO - VİDEO - YENİLƏNİB "Kia" yüksək sürətlə hərəkət edən BMW-yə çırpılıb
Hadisə
7 Mart , 2018 11:49
Bakıda sürücü qaydanı kobud şəkildə pozaraq zəncirvari qəzaya səbəb olub - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 07:59

Bakı. 7 mart. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

"Report"un məlumatına görə, qəzaya Mirəli Qaşqay küçəsində yol nişanının tələbinə əməl etməyən "90-NA-690" dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobilin sürücüsü səbəb olub.

O, Abbasqulu Ağa Bakıxanov küçəsində yüksək sürətlə hərəkət edən BMW markalı avtomobilə çırpılıb. Zərbənin gücündən BMW də yol kənarında dayanmış "99-CE-514" dövlət qeydiyyat nişanlı "Opel"ə dəyib. Hadisə nəticəsində hər üç avtomobil deformasiyaya uğrayıb.

Qəza yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Baş vermiş qəza ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi