Bakıda Sosial Xidmət Mərkəzində 11 yaşlı qız ölüb

Bakıda Sosial Xidmət Mərkəzində 11 yaşlı qız ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Fevral , 2018 10:43
Bakıda Sosial Xidmət Mərkəzində 11 yaşlı qız ölüb
Report

Bakı. 28 fevral. REPORT.AZ/ Bakı şəhəri, Xəzər rayonunda yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Mərkəzində ölüm hadisəsi baş verib.

“Report”un xəbərinə görə, xidmət mərkəzinin sakini 2007-ci il təvəllüdlü Zümrüd Məmmədova ölüb.

Onun beyin iflicindən öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi