Bakıda ruhi əsəb dispanserində iki gündə iki ölüm faktı qeydə alınıb

Bakıda ruhi əsəb dispanserində iki gündə iki ölüm faktı qeydə alınıb Onların uzun sürən xəstəlikdən əziyyət çəkdiyi bildirilir
Hadisə
9 Mart , 2018 07:37
Bakıda ruhi əsəb dispanserində iki gündə iki ölüm faktı qeydə alınıb

Bakı. 9 mart. REPORT.AZ/ 1 saylı Ruhi Əsəb Dispanserində ayrı-ayrı vaxtlarda 2 nəfər xəstəlikdən ölüb.

"Report" xəbər verir ki, hadisələr Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində baş verib.

Martın 5-də 1959-cu il təvəllüdlü Vladimir Aleksandroviç xəstəlikdən dünyasını dəyişib. Məlumata görə, o, uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.

Martın 7-də Füzuli rayon sakini, 1970-ci il təvəllüdlü Həsənova Təranə Feyruz qızı dünyasını dəyişib.

Hər iki şəxsin ölüm səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi