Bakıda qapısı açıq avtobusdan yıxılan qadın ölüb

Bakıda qapısı açıq avtobusdan yıxılan qadın ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Avqust , 2015 13:57
Bakıda qapısı açıq avtobusdan yıxılan qadın ölüb

Bakı. 3 avqust. REPORT.AZ/ Bakıda qadın qapısı açıq avtobusdan yıxılıb. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini Taleh Məmmədovun idarə etdiyi “İsuzu” markalı avtobusunun qapısı açıq olduğundan sərnişini Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb. Nəticədə X.Sadıxova xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi