Bakıda pula görə tanışını öldürən keçmiş məhkuma hökm oxunub

Bakıda pula görə tanışını öldürən keçmiş məhkuma hökm oxunub Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kənan Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
21 Yanvar , 2019 17:08
Bakıda pula görə tanışını öldürən keçmiş məhkuma hökm oxunub
0 : 00
0 : 00

Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kənan Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Əsgərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 16-da Səbail rayonu, İçərişəhər ərazisində baş verib.

Bakı şəhər sakini K.Əsgərov münaqişə zəmnində tanışı Vüqar Cəfərovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəyə səbəb pul üstündə mübahisə olub.

Belə ki, K.Əsgərov İsrafil adlı tanışından 100 manat pul alıb. Bir müddət sonra V.Cəfərov İsrafilə veriləsi olan 100 manatın ona çatacağını deyib. Lakin K.Əsgərov bununla razılaşmayaraq pulu İsrafilə qaytaracağını bildirib.

Daha sonra V.Cəfərov K.Əsgərovun ünvanına söyüş söyüb. Tərəflər arasında əlbəyaxa dava olub. Nəticədə K.Əsgərov üzərində gəzdirdiyi bıçaqla V.Cəfərovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılan zaman keçinib.

K.Əsgərovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

O, əvvəllər də məhkumluq həyatı yaşayıb. Hətta sonuncu cinayətini törətdiyindən bir müddət əvvəl Nizami Rayon Məhkəməsinin hökmü ilə şərti azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi