Bakıda nənə və nəvəni avtomobil vurub

Bakıda nənə və nəvəni avtomobil vurub Hər iki yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
27 Dekabr , 2017 01:24
Bakıda nənə və nəvəni avtomobil vurub
Report

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakıda nənə və nəvəni avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda, Xutor adlanan ərazidə baş verib.

Belə ki, mebel daşıyan yük avtomobili 1937-ci il təvəllüdlü Binnətova Zəhra Əmir qızını və onun nəvəsini – 2004-cü il təvəllüdlü Qarayaeva Elvira Rövşən qızını vurub. Nəticədə onların hər ikisi xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Z.Binnətovanın vəziyyətinin ağır olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi