Bakıda nazirlik əməkdaşına qarşı 180 min manat dələduzluq edən bank işçisi özünü qismən təqsirli bilib

Bakıda nazirlik əməkdaşına qarşı 180 min manat dələduzluq edən bank işçisi özünü qismən təqsirli bilib Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elmar Məlikovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
20 Fevral , 2019 14:19
Bakıda nazirlik əməkdaşına qarşı 180 min manat dələduzluq edən bank işçisi özünü qismən təqsirli bilib

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elmar Məlikovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

E.Məlikov özünü qismən təqsirli bildiyini deyib. O, irəli sürülmüş ittiham üzrə məbləğlərin şişirdildiyini söyləyib: "Məbləğlərlə razı deyiləm".

Növbəti iclasda təqsirləndirilən şəxs və zərərçəkmişlər ifadə verəcəklər.

Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin edilib.

İttiham aktına əsasən, E.Məlikov bankda çalışarkən etibardan sui-istifadə və aldatma yolu ilə Mikayılova Tamillanın əmlakını ələ keçirmək məqsədilə pul verdiyi halda "Accessbank" ASC-də debet kartla şəxsi hesabına ABŞ dolları mədaxil edərək hesabdakı pulu manata dəyişməklə məxaric edib, həmin pulu valyutadəyişmə mətəqəsində ABŞ dollarına dəyişərək yenidən şəxsi hesabına mədaxil etməklə, periodik olaraq konvertasiya əməliyyatı həyata keçirib. Bu yolla o, zərərçəkmiş şəxsə gündəlik qazanc verəcəyini yalandan vəd edib.

Bu məqsədlə T.Mikayılovadan hissə-hissə olmaqla, ümumilikdə 280 min manat, Mehman Allahverdiyevdən də eyni üsulla ümumilikdə 180 min manat alaraq, dələduzluq edib.

Xatırladaq ki, zərərçəkmiş M.Allahverdiyev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır.

Son xəbərlər

Orphus sistemi