Bakı. 12 iyun. REPORT.AZ/ Bakıda naməlum şəxslər 55 yaşlı kişini döyüb.
"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, E.Süleymanov küçəsində 1962-ci il təvəllüdlü Cəfərov Bakir Süleyman oğlu tanımadığı iki şəxslə mübahisə edib. Nəticədə o, döyülüb.
B.Cəfərov baş-beyin silkələnməsi və üz nahiyəsinin əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.