Bakıda moped piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda moped piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB Hadisə Rusiya səfirliyi yaxınlığında baş verib
Hadisə
5 May , 2017 11:29
Bakıda moped piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB
Report.az

*** İlk xəbər 4 aprel 23:19-da dərc olunub. Video əlavə olunub

Bakı. 4 may. REPORT.AZ/ Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Bakıxanov küçəsində, Rusiya səfirliyinin yaxınlığında baş verib.

Sözügedən küçədə moped ilə hərəkətdə olan sürücü Gözəlov Soltan Muxtar oğlu yolu keçmək istəyən təqribən 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib.

Naməlum piyadanın Bərdə rayon sakini 1975-ci il təvəllüdlü Elnur Əkbərli olduğu bildirilib.

Qəza səbəbindən yolda sıxlıq yaranıb.

Son xəbərlər

Orphus sistemi