Bakıda məscidə namaz qılmağa gələn şəxs bıçaqlanıb - FOTO

Bakıda məscidə namaz qılmağa gələn şəxs bıçaqlanıb - FOTO Hadisəni törədən şəxs saxlanılıb
Hadisə
2 Sentyabr , 2017 03:45
Bakıda məscidə namaz qılmağa gələn şəxs bıçaqlanıb - FOTO
Foto: Report.az

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonu ərazisində yerləşən məscidlərdən birində bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Bülbülə qəsəbəsində yerləşən məscidə namaz qılmağa gələn 21 yaşlı Məmmədov Kamran Əhməd oğluna tanımadığı şəxs bıçaqla qəfil hücum edib. Nəticədə K.Məmmədov bıçaqlanıb.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının verdiyi məlumata görə, hadisəni törədən Faiq Mahmudov ad-soyadlı şəxs ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Hazırda o saxlanılıb. Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi