Bakıda mənzildən meyit aşkar olunub

Bakıda mənzildən meyit aşkar olunub Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə
31 Avqust , 2019 00:10
Bakıda mənzildən meyit aşkar olunub

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, çağırış ünvanına nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Mənzilə daxil olan FHN əməkdaşları orada 1941-ci il təvəllüdlü Həşimov Elman Qulam oğlunun meyitini aşkar ediblər. Meyit aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi