Bakıda məktəbli qızın çantasını əlindən almaq istəyən kişi tutulub

Bakıda məktəbli qızın çantasını əlindən almaq istəyən kişi tutulub O, əvvəllər məhkum olunmuş şəxsdir
Hadisə
26 Aprel , 2017 10:47
Bakıda məktəbli qızın çantasını əlindən almaq istəyən kişi tutulub

Bakı. 26 aprel. REPORT.AZ/ Bakıda 15 yaşlı qıza qarşı soyğunçuluğa cəhd edənin şəxsiyyəti müəyyənləşdirilib.

“Report”un xəbərinə görə, polisin keçirdiyi əməliyyat nəticəsində Lənkəran şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177, 180 və 228 maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Mirzə Vahabov tutulub.

Xatırladaq ki, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi ev 8 B ünvanının qarşısında qeydə alınıb. Həmin ərazidə naməlum şəxs 2002-ci il təvəllüdlü A.İ.-yə qarşı zor tətbiq etməklə məktəbli çantasını əlindən almağa cəhd edib.

Məktəbli qışqırdığından naməlum şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.

Son xəbərlər

Orphus sistemi