Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb

Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb Hadisə NZS qəsəbəsində baş verib
Hadisə
16 Mart , 2018 02:25
Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb

Bakı. 16 mart. REPORT.AZ/ Bakının Xətai rayonunda bıçaqlanma ilə nəticələnən kütləvi dava baş verib.

“Report” xəbər verir ki, NZS qəsəbəsində 18 yaşlı Mustafayev Fərid Müşfiq oğlu və 1998-ci il təvəllüdlü Əhmədov Zöhrab İsmayıl oğlu ümumilikdə 4 nəfər tanımadığı şəxslə dava edib.

Nəticədə adları qeyd edilən hər iki şəxsin bədənlərinin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurulub. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi