Bakıda köşkdə işləyən şəxs bıçaqla hədələnərək 650 manat pulu alınıb

Bakıda köşkdə işləyən şəxs bıçaqla hədələnərək 650 manat pulu alınıb Bakıda köşkdə işləyən şəxsi bıçaqla hədələyib 650 manat pulu alınıb.
Hadisə
9 Sentyabr , 2019 11:50
Bakıda köşkdə işləyən şəxs bıçaqla hədələnərək 650 manat pulu alınıb

Bakıda köşkdə işləyən şəxsi bıçaqla hədələyib 650 manat pulu alınıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini L.Abbaszadə sentyabrın 8-də rayon ərazisində işlədiyi köşkə girən naməlum şəxsin onu bıçaqla hədələyib 650 manat pulunu aldığını bildirib.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş V.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi