Bakıda keçmiş məhkum quldurluq etdi

Bakıda keçmiş məhkum quldurluq etdi Bakıda quldurluq hadisəsi baş verib.
Hadisə
9 İyul , 2020 09:12
Bakıda keçmiş məhkum quldurluq etdi

Bakıda quldurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə iyulun 8-i saat 14:00 radələrində paytaxtın Sabunçu qəsəbəsi, Ə.Mehmandarov küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs T.Zeynalovu bıçaqla hədələyərək 500 manat pulunu quldurluq yolu ilə əlindən alıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1990-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Seymur Şahalıyev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi