Bakıda itkin düşdüyü bildirilən polis əməkdaşı işdən çıxarılıb

Bakıda itkin düşdüyü bildirilən polis əməkdaşı işdən çıxarılıb Aparılan xidməti yoxlama zamanı Əliş Kərimov tutduğu vəzifədən azad edilib
Hadisə
7 Fevral , 2017 13:42
Bakıda itkin düşdüyü bildirilən polis əməkdaşı işdən çıxarılıb

Bakı. 7 fevral. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİDYPİ) Növbətçi Hissəsinin sürücüsü, polis serjantı Əliş Kərimov vəzifəsindən azad edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq BŞBPİDYPİ-dən məlumat verilib.

Məlumata görə, Ə.Kərimovdan izahat alınıb, xidməti yoxlama aparılıb.

O, vəzifə borcunu yerinə yetirərkən işinə qarşı laqeyd münasibət bəslədiyinə görə polis sıralarından xaric edilib.

Qeyd edək ki, fevralın 2-dən 3-nə keçən gecə Ə.Kərimov ona təhkim olunmuş "90-YP-460" dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobili küçədə saxlayaraq ərazidən uzaqlaşıb. Avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsusdur. Ə.Kərimov Növbətçi Hissə rəisi, polis mayoru İlqar İbrahimovun sürücüsü işləyib.

Son xəbərlər

Orphus sistemi