Bakıda iki piyadanı maşın vurub

Bakıda iki piyadanı maşın vurub Hadisələr Sabunçu və Yasamal rayonları ərazisində qeydə alınıb
Hadisə
13 Noyabr , 2017 07:23
Bakıda iki piyadanı maşın vurub
Foto: Report.az

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakıda iki piyadavurma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Bakıxanov qəsəbəsinin Yavər Əliyev küçəsində yolu keçmək istəyən Hüseynova Gülnar Dostu qızını minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Digər yol-nəqliyyat hadisəsi Yasamal rayonunda qeydə alınıb. Metronun 20 Yanvar stansiyası yaxınlığında piyadalar üçün müəyyən edilməmiş yoldan keçmək istəyən 1984-cü il təvəllüdlü Zeynalov Elməddin Rafael oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi