Bakıda iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Oktyabr , 2017 13:40
Bakıda iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var - FOTO
Report

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakıda iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var. 

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, "Neftçilər" metrostansiyasının yaxınlığında Vasif Məhərrəmov idarə etdiyi 49 nömrəli marşrut avtobusunu dayanacaqda dayanan 57 nömrəli marşrut avtobusuna çırpıb. Nəticədə hər iki avtobusun ümumilikdə 15 sərnişini xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib, yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır. 

Foto: Ruslan Məmmədov

Son xəbərlər

Orphus sistemi