Bakıda iki bacını avtomobillə vuran sürücünün şikayəti əsasında məhkəmə başlayıb

Bakıda iki bacını avtomobillə vuran sürücünün şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib
Hadisə
9 Noyabr , 2018 14:19
Bakıda iki bacını avtomobillə vuran sürücünün şikayəti əsasında məhkəmə başlayıb
Report

Bakı. 9 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən Yaqub Balaqardaşov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə Xəzər rayonunda baş verib. Y.Balaqardaşov idarə etdiyi avtomobili ilə yolu keçmək istəyən 2 bacı - 1970-ci il təvəllüdlü Gülnarə Əlipənahova və 1958-ci il təvəllüdlü Nənəgül Babayevanı vurub. Hadisə nəticəsində xəsarət alan hər iki qadın xəstəxanaya yerləşdirilsələr də, G.Əlipənahova orada dünyasını dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Balaqardaşov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi