Bakıda hadisə yerinə gedən “Təcili yardım”ın sürücüsünü avtomobil vurub

Bakıda hadisə yerinə gedən “Təcili yardım”ın sürücüsünü avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Noyabr , 2016 10:47
Bakıda hadisə yerinə gedən “Təcili yardım”ın sürücüsünü avtomobil vurub

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda çağırış əsasında vətəndaşa yardım etməyə gedən "Təcili yardım" maşınının sürücüsü avtomobildən enərkən onu nəqliyyat vasitəsi vurub

"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, 4 saylı Təcili Tibbi Yardım Stansiyasına daxil olan çağırış əsasında təcili yardım maşını Sədərək ticarət mərkəzinin yaxınlığına gedib. Burda yıxılaraq xəsarət alan şəxsə yardım etmək istəyən briqada avtomobildən yerə enib. "Təcili yardım" briqadasının sürücüsü 1964-cü il təvvəllüdlü Niftəliyev Fəxrəd Heybət oğlu avtomaşından enərkən onu avtomobil vurub. 

Ağır xəsarət alan F.Niftəliyev çağırılan digər "Təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi