Nəsimi rayonunda gənc oğlan bıçaqlanıb

Nəsimi rayonunda gənc oğlan bıçaqlanıb Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
1 İyul , 2020 07:17
Nəsimi rayonunda gənc oğlan bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

"20 Yanvar" metrostansiyasının yaxınlığında 1998-ci il təvəllüdlü Elnalov Nurlan Vaqif oğlu mübahisə etdiyi şəxs tərəfindən iki bıçaq zərbəsi alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıda qarnın ön divarının və sol əlinin kəsilmiş-deşilmiş yaraları aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi