Bakı. 21 aprel. REPORT.AZ/ Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Nəbiyev Ramin Qəyyum oğlu Lökbatan qəsəbəsində tanıdığı şəxslə əlbəyaxa dava edib.
Nəticədə o, bud nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsində araşdırma aparılır.