Bakıda çayxanada orta yaşlı kişi bıçaqlanıb

Bakıda çayxanada orta yaşlı kişi bıçaqlanıb Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
12 Oktyabr , 2017 06:27
Bakıda çayxanada orta yaşlı kişi bıçaqlanıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakıda çayxanada orta yaşlı kişi bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Nəsimi rayonu ərazisində yerləşən çayxanaların birində müştəri kimi əyləşən Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü Osmanov Oqtay Mehman oğlu tanışı ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində araşdırılır.

Son xəbərlər

Orphus sistemi