Bakıda balta sapından çıxaraq yaşlı kişinin sinəsinə batıb

Bakıda balta sapından çıxaraq yaşlı kişinin sinəsinə batıb Yaralı əməliyyat olunub
Hadisə
2 Fevral , 2018 08:24
Bakıda balta sapından çıxaraq yaşlı kişinin sinəsinə batıb

Bakı. 2 fevral. REPORT.AZ/ Paytaxtın Xəzər rayonunda bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, Buzovna qəsəbəsində 1968-ci il təvəllüdlü Dadaşov Vahid Hacıdadaş oğlu odun doğrayarkən balta sapından çıxaraq onun döş qəfəsinin sağ yarısına batıb.

Ağır xəsarət alan kişi xəstəxanaya yerləşdirilib.

Həkimlər cərrahi əməliyyat etdikdən sonra V.Dadaşov xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi