Bakıda 60 yaşlı piyadanı avtomobil vurdu

Bakıda 60 yaşlı piyadanı avtomobil vurdu Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
13 Avqust , 2020 00:05
Bakıda 60 yaşlı piyadanı avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə Nizami rayonu 8-ci km bazarının yaxınlığında qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Bağırova Bibixanım Abbas qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona sol ayağın sınığı və kəllə-beyin travması diaqnozları qoyulub. 

İlqar Abdullayev

Son xəbərlər

Orphus sistemi