Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakıda 56 yaşlı qadını avtomobil vurub Sürücü yaralını xəstəxanaya yerləşdirib
Hadisə
18 Noyabr , 2016 10:54
Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda 56 yaşlı qadını avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, 1960-cı il təvvəllüdlü Seyidova Gülşən Musa qızı yolu keçmək istəyərkən onu "Hyundai" markalı avtomobil vurub. Xəsarət alan qadını həmin avtomobilin sürücüsü 3 saylı Şəhər Klinik Xəstəxanasına aparıb.

Xəstəxanadan verilən məlumata görə, G.Seyidova əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi