Bakının Xətai rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb. Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1976-cü il təvəllüdlü Şirəliyev Xaliq Yusif oğlunu avtomobil vurub.
Xəstəxanaya gətirilən X. Şirəliyevə başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.