Bakıda 33 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb

Bakıda 33 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb Bakıda 33 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb.
Hadisə
25 Dekabr , 2019 10:13
Bakıda 33 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb

Bakıda 33 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb.

"Report"un xəbərinə görə, hadisə dekabrın 24-də paytaxtın Nərimanov rayon ərazisində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Rüstəm Quliyev qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, hadisə Əliyev Müşfiq Bəxtiyar oğlu tərəfindən törədilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi