Bakıda 15 yaşlı yeniyetmə ahıl kişini avtomobillə vuraraq öldürüb

Bakıda 15 yaşlı yeniyetmə ahıl kişini avtomobillə vuraraq öldürüb Faktla bağlı araşdırma aparıllr
Hadisə
5 Oktyabr , 2016 16:07
Bakıda 15 yaşlı yeniyetmə ahıl kişini avtomobillə vuraraq öldürüb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda 15 yaşlı yeniyetmə 75 yaşlı ahıl kişini avtomobillə vurub.

“Report”un xəbərinə görə, hadisə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib.

Qəsəbənin 5-ci yaşayış sahəsinin ərazisində, Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Qədir Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə qəsəbə sakini 1941-ci il təvəllüdlü Zaman Quliyevi vurub.

3 saylı Şəhər Klinik Şəhər Klinik Xəstəxanasına çatdırılan yaralı orada ölüb.

Faktla bağlı araşdırma aparıllr.

Son xəbərlər

Orphus sistemi