Bakı sakinini şantaj edən şəxs saxlanılıb

Bakı sakinini şantaj edən şəxs saxlanılıb Bakı. 30 mart. REPORT.AZ/ Bakı sakinini şantaj edən şəxs saxlanılıb.
Hadisə
30 Mart , 2018 12:32
Bakı sakinini şantaj edən şəxs saxlanılıb

Bakı. 30 mart. REPORT.AZ/ Bakı sakinini şantaj edən şəxs saxlanılıb.

DİN-dən "Report"a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Həsənov martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib. Dediyinə görə, sonradan həmin evə gələn 2 naməlum şəxs özlərini həmin qadının əri və qohumu kimi təqdim edib onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxslərdən biri qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Həmid Alməmmədov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Əməliyyat-axtarış tədbirləri aparılır. 

Son xəbərlər

Orphus sistemi