Bakı sakinini döyərək 138 manatını alan keçmiş məhkumlar tutulublar

Bakı sakinini döyərək 138 manatını alan keçmiş məhkumlar tutulublar Bakı. 30 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə martın 29-da Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək pulunun alınması barədə müraciət daxil olub.
Hadisə
30 Mart , 2018 11:40
Bakı sakinini döyərək 138 manatını alan keçmiş məhkumlar tutulublar

Bakı. 30 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə martın 29-da Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək pulunun alınması barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 14 radələrində Bakı şəhər sakini Zakir Mirzəyevin Biləcəri qəsəbəsi ərazisində 2 naməlum şəxs tərəfindən döyülərək 138 manat pulunun alındığı məlum olub.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum edilmiş Saleh Muradov və Rəşad Qurbanovun olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. 

Son xəbərlər

Orphus sistemi