​Bakı sakini elektrik mişarı ilə ayağını kəsib

​Bakı sakini elektrik mişarı ilə ayağını kəsib Bədbəxt hadisə Neftçalada baş verib
Hadisə
18 Oktyabr , 2015 23:08
​Bakı sakini elektrik mişarı ilə ayağını kəsib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Neftçalada bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, rayonun Xıllı qəsəbəsinə qohumlarıgilə qonaq gedən Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Zakir Məhəmməd oğlu Ağayev elektrik mişarı ilə həyətdəki ağacı kəsmək istəyərkən, ehtiyatsızlıqdan bud nahiyəsini kəsib.

Yaralı sol budunun kəsilmiş-deşilmiş yarası ilə dərhal Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlk tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta-ağırdır.

Son xəbərlər

Orphus sistemi